İsveç dövlət televiziyası STV, işçilərindən Çin şirkəti ByteDance-ə aid TikTok tətbiqini korporativ telefonlarından silmələrini tələb edib.
SVT-dən verilən açıqlamada, işçilərdən, şirkət e-poçtlarına daxil olmaq üçün istifadə edilən korporativ telefonlardan TikTok proqramını silmələri istənib.
Açıqlamada TikTok-un gərəyindən çox məlumat topladığı qeyd edilib.
Qeyd edək ki, ABŞ Senatı, hökumət işçilərinin mobil cihazlarına TikTok-u endirməsini qadağan edən qanun layihəsini keçən həftə təsdiqləmişdir.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!