“İsveç 2023-cü ildə tənəzzüllə üzləşəcək” | Banco.az

“İsveç 2023-cü ildə tənəzzüllə üzləşəcək”

Müəllif - Aida İsaq, Banco.az

İsveçdə baza inflyasiyası yanvar ayında da yüksəlməyə davam edərək, ölkənin mərkəzi bankına təzyiqi artırıb. 

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Məlumata görə, elektrik enerjisi xərcləri və faiz dərəcəsi dəyişikliklərinin təsiri nəzərə alınmadan əsas inflyasiya keçən ilin yanvar ayında 8,7% artaraq iqtisadçıların 8,2%-lik proqnozundan yüksək olub. Bildirilir ki, kronun zəifləməsi fonunda yüksək inflyasiya İsveç Mərkəzi Bankının siyasətini xeyli çətinləşdirəcək. Sürətlə artan faiz dərəcələri artıq iqtisadiyyatın böyüməsinə təsir göstərir. Avropa Komissiyası İsveçi regionda 2023-cü ili ÜDM-ni azalma ilə başa vuracaq yeganə ölkə olacağını proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et