İsveç hökuməti 2022-ci ilədək milli valyutanın rəqəmli analoquna keçid imkanlarını araşdırır.
Bu barədə ölkənin Maliyyə Bazarı və İstehlakçı Hüquqları məsələləri üzrə naziri Per Bolund bildirib.
Onun sözlərinə görə, dekabrın 11-də elektron valyutaya potensial keçid üzrə tədqiqatlara başlanılıb. Bu imkanların araşdırılmasının 2022-ci il noyabrın sonlarına qədər yekunlaşacağı gözlənilir.
İsveç Mərkəzi Bankının noyabr ayında dərc olunan məruzəsinə əsasən, ölkədə nağd pul bütün ödənişlərin 10 faizini əhatə edir. İsveç nağd pullardan imtina tempi üzrə dünyada ilk yeri tutur.
Dövriyyədə olan nağd pul ölkənin ümumdaxili məhsulunun cəmi 1 faizini təşkil edir, halbuki Avropa İttifaqında bu göstərici 11 faizdir.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!