Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101020516 ISIN kodlu, 91 gün tədavül müddətli, 22 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə BFB-dən bildirilib.
Məlumata görə, hərraca 8 investor 14 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 63 266 100 manat təşkil edib. Sifarişlər 94,87 manat (21,99%)-96,45 manat (14.968%) qiymət intervalında təqdim olunub.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 95,5375 manat (18,9951%), ortaölçülmüş qiyməti 95,6616 manat (18,4429%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 22 mln. manat təşkil edilb. Qiymətli kağızların ödəmə tarixi 31.01.2017-ci ildir.
Mənbə: Report.az