Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyəti göstərən "PSG Kapital İnvestisiya Şirkəti" QSC qiymətli kağızların alış qiymətini 4,2 dollar artırıb.
Məlumata görə, hazırda SOCAR istiqrazları 1 007 dollardan alınır. İstiqrazların satış qiyməti isə 1 025 dollar olaraq qalıb.
Bununla da "PSG Kapital" hər SOCAR istiqrazının alqı-satqısı üzrə gəlir marjasını 22,2 dollardan 18 dollara qədər azaldıb.
SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.
Mənbə: Report.az