İstiqrazlara pul qoymaq sərfəli olacaqmı? - RƏY | Banco.az

İstiqrazlara pul qoymaq sərfəli olacaqmı? - RƏY

“Artiq əmanət kimi bu gəlirlərdən də vergi ödənilməyəcək”.

Maliyyə nazirinin açıqlamalarına görə uzun müddətdir müzakirə etdiyimiz məsələlər reallliğa çevirilir. 

Belə ki, Maliyyə Nazirliyi tərəfindən manat və dollar bazarında (müvafiq olaraq illik gəlirlilik 12% və 3%) dövlət istiqrazları emissiya olunacaq. 

Bu barədə Oxu.Az-a açıqlamasında bunu bapital bazarları üzrə ekspert Cəfər İbrahimli bildirib. 

“Bunun reallaşması nəticəsində manatın gəlirliliyi yüsələcək və mövcud vəziyyətdə manata olan güvənin nisbətən təsis edilməsinin tək yolu manat gəlirliliyini artırmaq idi. 

Hesab edirəm ki, banklar əmanətə daha yüksək faiz təklif edəcək ki, bu da əhalinin və iqtisadi subyektlərin manatda pozisyonlarini qoyumalarını təşviq edəcək. Diğər tərəfdən isə dollarlaşma prosesi nəticəsində əllərdə yığılmış vəsaitlər investisiyaya yönələcək. Maliyyə Nazırliyi tərəfindən büdcə açığının bağlanması üçün cəlb olunan dollar bazlı vəsaitlər təkrar satışa çıxarılaraq bazarın dollara olan tələbini qarşılayacaq və nəticədə Mərkəzi Bankın valyuta rezervlərinin müəyyən səviyyədə saxlamasına kömək edəcək.

Sadə vətəndaşlar yasdiq altinda saxladiqlari vəya banklarda olan əmanətlərini manat və dollar istiqrazlarinin investisiyasina yönəldəbilərlər. Belə ki, müştəri İnvestisiya şirkəti ilə müqavilə bağlayaraq bu istiqrazlari almaq üçün şirkətə sifariş verecek.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətdə müştərinin vəsaitinə uyğun istiqrazları alacaq və MDM-də müştərinin şəxsi hesabında saxlayacaq. Mütəmadi faiz ödənişlərini alacaq və istiqrazlarin mÜddəti bitəndə nazirlik tərəfindən ana vəsaiti müştərinin bank hesabına avtomatik qaytarılacaq. Artiq əmanət kimi bu gəlirlərdən də vergi ödənilməyəcək”, - deyə C.Cəfərli qeyd edib. 

Qeyd edək ki, ötən gün Maliyyə naziri Samir Şərifov ANS Tv-yə müsahibəsində bildirmişdi ki, 2016-cı ildə Azərbaycan hökuməti daxili fond bazarında yerləşdirmək üçün manat və dollar istiqrazları buraxmağı planlaşdırır.

Nazirin sözlərinə görə, bu il manat istiqrazları üzrə gəlirlilik inflyasiya səviyyəsini ötəcək və 11-12% təşkil edəcək. Dollar istiqrazları üzrə faiz dərəcəsi isə 3% olacaq.

“Manatla borc öhdəliklərinin buraxılmasında əsas məqsəd milli valyutaya inamın qaytarılması və əhalinin əmanətlərinin bazara cəlb edilməsidir.

Bununla yanaşı, dollar istiqrazları üzrə gəlirlilik bank əmanətləri üzrə faiz dərəcələrindən aşağı olacaq ki, bank sektorundan valyuta axınına yol verilməsin”, - deyə, nazir bildirmişdi.

Xatırladaq ki, çərşənbə günü  Azərbaycan Maliyyə Nazirliyi dəyəri 100 dollar olmaqla, ümumilikdə 5 milyon istiqraz buraxıb.

Ən sərfəli krediti almaq üçün müraciət et