İstiqrazın illik 14% dərəcəsi ilə emissiyasını planlaşdıran şirkət | Banco.az

İstiqrazın illik 14% dərəcəsi ilə emissiyasını planlaşdıran şirkət

“FinansLizinq” şirkəti 725 min manat məbləğində istiqrazın illik 14% dərəcəsi ilə emissiyasını planlaşdırır. Bu barədə Bakı Fond Birjasından məlumat verilib.

Emissiya bir qiymətli kağızın nominal dəyəri 500 manat olan 1450 istiqraza bölünüb.

İstiqrazların tədavül müddəti 720 gündür.

İstiqrazların yerləşdirilməsində anderrayter rolunda "Texnika Kapital Menecment" MMC çıxış edir.

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazların yerləşdirilməsindən cəlb edilmiş vəsaitlər lizinq portfelinin genişləndirilməsinə və maliyyə lizinqi vasitəsi ilə kiçik və orta biznesin kreditləşməsinin artırılmasına yönəldiləcək.

“FinansLizinq” 2007-ci ilin aprel ayında qeydiyyatdan keçib. Səhmdarları 16 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalı 1,2 mln. manata bərabərdir.

interfax.az