İstilik Elektrik Stansiyasının direktoru vəzifəsindən azad edildi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İstilik Elektrik Stansiyasının direktoru vəzifəsindən azad edildi

“Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) direktoru Gülağa Bəşirov vəzifəsindən azad edilib. 

Bununla bağlı “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev əmr imzalayıb.

E.Pirverdiyevin əmri ilə qurumun yeni direktoru uzun müddət burada baş mühəndis işləmiş Təhmasib Hüseynov təyin edilib.

“Azərenerji” prezidentinin digər əmri ilə G.Bəşirov Şəki Elektrik Stansiyasına direktor təyin olunub.

Xatırladaq ki, Cənubi Qafqazın ən böyük İES-i olan “Azərbaycan”ın gücü 2 400 MVt-dır. 

Mənbə: Report.az