İsti yay aylarını iş başında keçirənlər üçün virtual səyahət | Banco.az

İsti yay aylarını iş başında keçirənlər üçün virtual səyahət

Artıq yay mövsümünün bitməsinə bir aydan da az bir müddət qalıb. Buna baxmayaraq, hələ də məzuniyyətə gedə bilməyən və iş ilinin yorğunluğunu üzərindən atmağa imkan tapmayan çoxsaylı insanlar var. Oxucularımız arasında da belə insanların sayının az olmayacağını düşünərək, sizin üçün virtual səyahət təşkil etmək qərarına gəldik. Bir azdan dünyanın ən yaxşı çimərliklərinə virtual olaraq, səyasət edəcəyik. İnanırıq ki, həmin çimərliklərin əsrarəngiz görüntüsü üzərinizdəki yorğunluğu az da olsa səngitməyə imkan verəcək. Əgər sizin də bu yay xoş və maraqlı tətil keçirmək arzunuz ürəyinizdə qalıbsa, o zaman virtual səyahətimizə xoş gəlmişsiniz!

Rabbit Beach, İtaliya


Bu çimərlik İtaliyanın Lampeduza adasında yerləşir (Tunis və Siciliya arasında).

Bir çox ekspertlər və səyahətçilər bu çimərliyi Avropanın ən yaxşı çimərliyi hesab edirlər. Bu çimərliyə çatmaq heç də asan deyil. Maşınla belə yaxınlaşsanız, sizi 20 dəqiqəlik dağlıq piyada yol gözləyir.

Bu çimərlikdə qum ağ rəngdədir. Sahildən 150 metr məsafədə su dayazdır və çimərliklə üzbəüz yerləşən kiçik adaya üzərək çatmaq olar. Lakin ən yaxşısı kiçik bir qayıqdır. Onun köməyi ilə adanın ətrafında gəzə və burada yerləşən mağaraları kəşf edə bilərsiniz.

Grace Bay, Terks və Kaykos



Çimərlik Britaniya əraziləri hesab olunan Kaykos və Terks adalar qrupunun Providensuales adasında yerləşir. Çimərlik təmiz büllur suyu və ağ qumu ilə göz oxşayır.

Whitehaven Beach, Avstraliya



Whitehaven Beach çimərliyi Vaytsandeys adalarında yerləşir. Bu çimərliyin vəhşi təbiəti 7 km məsafə boyunca uzanır. Maraqlıdır ki, günün ən qızmar saatlarında belə burada qum isinmir.

Baía do Sancho, Braziliya



Qayalıqların ətrafında yerləşən bu çimərlik inanılmaz gözəlliyi ilə turistləri heyran edir. 

Flamenco Beach, Puerto-Riko

Ən sərfəli kredit üçün müraciət et



Flamenco Beach – Karib regionunun ən mənzərəli çimərliyidir.

Ölü Dəniz, Türkiyə



Türkiyənin ən bahalı kurortlarından biri olan Ölü Dəniz çimərlikləri, Fethiye şəhərinin 15 km yaxınlığında yerləşir. Burada istirahət insana Maldiv adalarını xatırladır.

Lopes Mendes Beach, Braziliya



Çimərlik İlya-Qrandi adasında yerləşir və Rio-de-Janeyro şəhərinə yaxındır.

Horseshoe Bay, Bermud adaları



Burada çəhrayı qum və büllur kimi su çimərliyə möhtəşəm gözəllik qazandırır. Sözügedən çimərlik Bermud adalarının ən məşhur çimərliyi hesab olunur.

Eagle Beach, Aruba



Karib regionuna məxsus Aruba adasında yerləşən Eagle Beach çimərliyi inanılmaz mənzərələri və koral rifləri ilə turistlərin yaddaşında iz qoymağı bacarır.

Rhossili Bay, Böyük Britaniya



Suonsi yaxınlığında Qauer yarımadasında yerləşən bu çimərlik Böyük Britaniyanın ən yaxşı çimərliyi hesab olunur. Çimərliyin uzunluğu 5 kilometrdir. Turistləri buraya böyük dalğalar və mənzərəli Rhossili Downs yüksəklikləri cəlb edir. 

Ümid edirik ki, səyahətiniz ürəyinizcə oldu :)

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et