İstənilən biznesdə yol verilən 7 ölümcül səhv | Banco.az

İstənilən biznesdə yol verilən 7 ölümcül səhv

 

İstənilən biznesdə yol verilən ölümcül səhvlər

1. Məsuliyyətsizlik: Məsuliyyətsiz adam təhlükəlidir və onu idarə etmək mümkün deyil. O, mənəvi və psixi cəhətdən sağlam deyil. Ona etibar etmək əsl axmaqlıqdır. Daş-divarla danışmaq onunla danışmaqdan yaxşıdır. İş prosesində ən təhlükəli adam hesab olunur.

2. Səhlənkarlıq: Heç bir istək olmadan və qısa müddət ərzində ondan canını qurtarmaq məqsədilə görülən iş heç vaxt keyfiyyətli hesab oluna bilməz. Bu o deməkdir ki, hər hansı bir işin bu formada yerinə yetirilməsində heç bir məna yoxdur. Yalnız işinə və həmkarlarına hörmətlə yanaşmayan insan səhlənkarlıq əlamətlərinin daşıyıcısı ola bilər.

3. Dəqiqliyin olmaması: Bu nöqsan, adətən, öz vaxtını düzgün şəkildə bölüşdürmək bacarığına malik olmayan insanlarda qeydə alınır. Toplantılara, görüşlərə və konfranslara gecikmək insanın nə özünə, nə də həmkarlarına hörmət etmədiyindən xəbər verir.

4. Zəiflik və iradəsizlik: Belə insanlar hər hansı bir işə görə məsuliyyət daşımaqdan və vacib qərar qəbul etməkdən çəkinirlər. İşindən şikayət edən və bu işdən canını qurtarmağa çalışan insanlar qısa müddət ərzində heç kimə xeyir verməyən insanlara çevrilirlər. Belə insanlara güvənmək olmaz. Çətin anda onlar sizi yarı yolda buraxa bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

5. Axmaqlıq: Göz qabağında olan hadisələri qiymətləndirə bilməyən, qərar qəbul etməyi və tapşırıqları müstəqil yerinə yetirməyi bacarmayan insanlar bütün komandanı qıcıqlandıra bilər. Savadsızlıq və məntiqsizlik - xəstəlikdir. Bu səbəbdən də bu xüsusiyyətləri daşıyan insanlar işə cəlb olunmamalıdırlar.

6. Qeyri-qənaətbəxşlik: Tamamilə müxtəlif mənalarda ifadə olunur: informasiyaya qarşı yüksək həssaslıq reaksiyaları, ulduz xəstəliyi, müqişəlilik münasibəti, əsəbilik, özünü idarə edə bilməmək, şaiyə yaymağa meyillilik və insanların dalınca danışmaq. Bu xüsusiyyətlərə malik insanlar təhlükəlidir. Onlar iş prosesində xaos və qarışıqlıq yaradır.

7. Yalançılıq: Yalan danışan, verdiyi vədləri yerinə yetirməyən və öz sözünün arxasında dayanmayan insan bir çox problemlərin yaranmasının səbəbkarı ola bilər. Sözünün dəyəri olmayan və düşünmədən danışan insan həm iş yerini, həm də insanlar arasındakı hörmətini itirə bilər.

 

Sevin Ibadova| Banco.az