İstehlak mallarının qiymətləri 2.6% artıb | Banco.az

İstehlak mallarının qiymətləri 2.6% artıb

Qiymət artımı istehlakçılar arasında nə qədər narazılıqla qarşılansa da, iqtisadiyyatın "təməl daşlarında" biridir və onun inkişafında əvəzsiz rolu vardır. Belə ki, qiymət artımı (keyfiyyət dəyişikliyi olduqda və ikirəqəmli olmamaq şərtilə) istehsalçılara təklifin artırılması üçün stimul yaradır. Qiymət dəyişikliyi (inflyasiya və ya deflyasiya) istehlak səbətinə daxil olan məhsul və xidmətlərin qiymətlərinə əsasən müəyyən olunur.

Həmçinin bax: Yaşamaq üçün nələrə nə qədər ehtiyacımız var?

Azərbaycanda 2019-cu ilin avqust ayında əvvəlki ilin həmin ayına nisbətən istehlak qiymətləri indeksi 2.6% olub. İstehlak məhsulları arasında ən çox artım - 3.3% ərzaq məhsulları, içki və tütündə müşahidə olunub. Ən az artım isə qeyri-ərzaq mallarında 1.3% olub.Diri heyvanlar və heyvandarlıq məhsullarında bu dəyişmə 3.9% artımla qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Sənayenin topdan satış qiymətində bir il ərzində 4.2% artım olub. Ən çox artım - 7.9% emal sənayesində müşahidə oliunsa da, elektrik enerjisi, qaz və su təchizatında heç bir dəyişiklik olmayıb.

Həmçinin bax: İstehlak qiymətləri indeksi nədir?

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et