İstehlak kreditlərinin hansı növləri vardır? | Banco.az

İstehlak kreditlərinin hansı növləri vardır?

İstehlakçı kreditlərinin bir neçə formada təsnifatı mövcuddur. Onlar kifayət qədər şərti xarakter daşıyır, lakin borcun əsas xüsusiyyətlərini özündə cəmləşdirə bilir. 

Məqsədli (təyinatlı) və məqsədsiz


İlk növbədə kreditlər  təyinatlı və təyinatsız kreditlərə bölünür. Təyinatlı kreditləri bank məhz müəyyən məhsul və ya xidmətin alınması üçün verir. Belə olduqda pullar sizin əlinə gəlmir və bir-başa nağdsız şəkildə satıcının hesabına köçürülür. Təyinatsız kreditlərdə isə sizə nağd pul verilir və sizin onu istənilən ehtiyacınıza yönəldə bilirsiniz.

Təminatlı və təminatsız

Təminat –sizin bankdan aldığınız borcun geri qaytarılmasında zəmanət kim çıxış edir. Təminat qismində girov( aldığınız əşya/ zərgərlik məmulatları) və ya zamin çıxış edə bilər. Əgər siz borcunuzu vaxtında qaytarmasınız bank girov qoyulmuş əmlakı mənimsəyəcək və ya sizin öhdəlikləriniz sizə zamin olan şəxsin üzərinə keçəcək. Təminatsız kreditlərin dəyəri, təminatlıları ilə müqayisədə daha baha olur, məbləğlərin həcmi isə əksinə daha kiçik olur. Təminatsız kreditlər daha aşağı məbləğlərdə verilir.

Ən sərfəli kredit üçün müraciət et

Qısa, orta və uzunmüddətli kreditlər

Bir qayda olaraq, kreditlər adətən 3 aydan başlayan müddətlərdə verilir. 1 ilə qədər olan müddətli kreditləri şərti olaraq qısamüddətli adlandırmaq olar. 1-5 il müddətinə olan kreditlər orta müddətli və 5 ildə daha uzun müddətə verilən kreditlər isə uzunmüddətli olur. Kreditlər 25-30 il müddətinə də verilə bilər.

Könül Soltanova / Banco.az