İşdən ayrılmaq qərarı vermək çətindir amma bəzən buna məcbur qalırıq. İş həyatında ən az bir dəfə hər kəsin başına gələ bilər. İstefa edərkən yaxşı düşünmək lazımdır, çünki bu zaman edilən səhvlər gələcəkdə özü ilə çox daha böyük problemlər gətirə bilər.
Sevmədiyiniz işi görürsünüz və ya müdirinizin təzyiqlərinə davam gətirə bilmirsiniz. Bəlkə də tam tərsidir. Uzun müddətdir çalışdığınız və ürəkdən bağlı olduğunuz işdən ayrılmalı və yeni iş təklifini dəyərləndirmək istəyirsiniz. Hər iki halda istefa etməlisiniz.
Bu zaman deyəcəyimiz məqamlara diqqət edin!
İstefa Ərizəsi
İstefa ərizəsi yazmaq önəmlidir. Qisa, birbaşa mövzunu əhatə edəcək ərizə yazmalısınız. Çoxumuz bu tip ərizələrin necə olmasından xəbərimiz belə yoxdur. Bu zaman ətrafımızda əvvəllər istefa etmiş şəxslərə, həmçinin hüquqşünasa da müraciət edə bilərsiniz. Ərizənizin mükəmməl olması istefa müddətini daha da asanlaşdırar.
Son sözümü demədən getmərəm
Əlbəttə ki, bu sizin qərarınızdır. Çox çətin günlər keçirməyinizə səbəb olan müdirinizə və ya iş yoldaşınıza son gedərkən son sözünüzü demək istəyirsinizsə, bunu hörmət çərçivəsində edin. Lakin yenə də əsəblərinizi cilovlamağı bacarmalı və gələcək gözəl şansları düşünməlisiniz. Bu onlar üçün əsl cavab olacaqdır.
Rəsmi olaraq işdən çıxma müddəti
İstefa ərizənizi yazsanız da, işdən çıxma prosesi ilə əlaqədar qanunla müəyyən olunmuş müddətlər vardır. İşdən rəsmi olaraq ayrılmaq bəzən 3 gün, bəzən 1 həftə, bəzən də daha çox ola bilər. Bu zaman müddət nə qədər olursa olsun səbirli olun. Əgər münasibətləri korlayaraq istefa etmisinizsə, onda bu dövr sizin üçün daha çətin keçəcəkdir amma sakit olmaq sizin xeyrinizə olacaqdır.
Referans problemləri
Müdirinizlə mübahisə edərək işdən ayrılmısınızsa referansla bağlı problemləriniz olacaqdır. Bilirsiniz ki, yeni iş yerlərində köhnə iş yerindən referans tələb edirlər. Buna görə də işinizi nə qədər sevməsənizdə işdən ayrılana qədər işinizi mükəmməl görməyə çalışın. İşini yaxşı görən işçilər haqqında mənfi fikirlər yazmaq asan deyildir.
Niyə əvvəlki işinizdən ayrıldınız?
Sonrakı iş müsahibələrində ilk soruşulacaq suallardan biri də budur. Burada verəcəyiniz cavab önəmlidir. “Müdirimlə yaxşı yola gedə bilmirdim” cavabını verdiyiniz zaman müsahibənin nəticəsinin mənfi olacağını bilməlisiniz. İşinizi çox yaxşı gördüyünüz və yaxşı işçi olduğunuz haqqında söhbətlər açın. Yox əgər doğruları deyəcəksinizsə, bu zaman müdirinizi pisləməkdən çəkinin.
İstefa anı
Bu zaman çox duyğusal olmayın, dürüst şəkildə hər kəslə sağollaşın.