İstefa davasının dərinləşməsi dolların ucuzlaşmasına səbəb ola bilər | Banco.az

İstefa davasının dərinləşməsi dolların ucuzlaşmasına səbəb ola bilər

Foreks bazarlarında ABŞ prezidentinə qarşı istefa davasının dərinləşməsi dolların ucuzlaşmasına səbəb ola bilər.

ABŞ prezidentinin parlamentin aşağı palata sədrinə yazdığı məktubda ona qarşı impiçment prosesini qeyri-qanuni adlandırması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına təsir edib. Məktub prosesin Senatdan keçməcəyinə işarədir. 

Lakin bu gün parlamentin Nümayəndələr Palatasında impiçment səs verməsinin keçirilməsi planlaşdırılır və qərarın qəbul edilməsi gözlənilir. Bu isə dollara olan təzyiqləri yenidən artıra bilər. 

Qızılda bahalaşma ehtimalları

Siyasi risklərin artması, əlvan metallar bazarlarında qızılın da bahalaşmasına səbəb olmaqdadır. Bir unsiya üzrə qiymət artıq 1477$-a təklif edilir və 1478$-ın üzərində möhkəmlənərsə, 1488$-a kimi dəyər qazana bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Brent nefti 68$-a kimi bahalaşa bilər

Bununla yanaşı, enerji birjaların da neft qiymətlərində bahalaşma müşahidə edilir. Belə ki, 66$-a kimi dəyər qazanan Brent neftinin bir barel qiyməti 68$-a kimi təklif edilə bilər. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et