Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Türkiyənin İstanbul şəhərində yaşayış xərcləri keçən ilin eyni ayı ilə müqayisədə 78,13 faiz artıb.
Banco.az xəbər verir ki, bu məlumatlar İstanbul Planlaşdırma Agentliyinin hazırladığı araşdırmada qeyd olunub.
Bildirilir ki, İstanbulda dörd nəfərlik bir ailənin bir ay ərzində yaşaması üçün bir il ərzində təqribən 49 min 159 lirə (təqribən 2000 manat) lazımdır. Keçən il bu rəqəm 27 min 596 lirə olub.
2023-cü ilin dekabrda dörd nəfərlik bir ailənin minimum orta yaşayış dəyəri 49 min 159 lirə olaraq hesablanıb. Xatırladaq ki, İstanbulda yaşayış minimumu keçən ayla müqayisədə 1666 lirə artıb.
Əvvəlki ilin dekabr ayı ilə müqayisədə əsas istehlak mallarının qiymətində də artımlar nəzərə çarpıb. Bahalaşma ən çox ağız və diş baxımı məhsullarında müşahidə edilib. Bu məhsullarda təqribən 190 faiz artım qeydə alınıb.
Bazarlarda ət-qiymə məhsullarında isə illik 113,64 faiz yüksəlmə müşahidə edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!