İstanbulda aylıq inflyasiya fevralda da artıb | Banco.az

İstanbulda aylıq inflyasiya fevralda da artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbulda pərakəndə satış qiymətləri fevral ayında aylıq 3,83 faiz artıb.

Banco.az xəbər verir ki, İstanbul Ticarət Palatasının (İTO) məlumatına görə, fevral ayında pərakəndə satış qiymətləri 3,83 faiz artıb. Beləliklə, 2019-cu ilin iyun ayından etibarən aylıq inflyasiya seriyasının davam etdiyi müşahidə olunub.

Fevralda pərakəndə satış qiymətləri illik müqayisədə isə 78,62 faiz artım göstərib.

İstehsalçı qiymətləri üçün göstərici olan topdansatış qiymətləri də aylıq 2,38 faiz, illik isə 78,69 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et