İstanbul turizmdə bütün illərin rekordunu qırıb | Banco.az

İstanbul turizmdə bütün illərin rekordunu qırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan İstanbul ötən il 17 milyon 370 min 30 xarici ziyarətçi qəbul edərək rekorda imza atıb.

Banco.az xəbər verir ki, İstanbul Şəhər Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, 2023-cü ildə İstanbula 17 milyon 370 min 30 xarici ziyarətçi səfər edib.

Bu şəhərə gələn əcnəbilərin sayı əvvəlki illə müqayisədə 8,44 faiz artıb.

Qeyd edilənə görə, 2023-cü ildə İstanbula ən çox gələn xarici ziyarətçi 1 milyon 990 min 226 nəfərlə Rusiya Federasiyasındandır. Almaniya 1 milyon 286 min 504 nəfərlə ikinci, İran 1 milyon 53 min 638 nəfərlə üçüncü, ABŞ isə 853 min 766 nəfərlə dördüncü yerdədir.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ı 701 min 361 nəfərlə İngiltərə (Birləşmiş Krallıq), 604 min 509 nəfərlə Səudiyyə Ərəbistanı və 589 min 149 nəfərlə Fransa izləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et