Müəllif - Aida İsaq, Banco.az
Türkiyə mart ayında gündə orta hesabla 2324 uçuşla Avropanın ən çox trafikə malik ölkələri arasında 6-cı yeri tutub.
Banco.az xəbər verir ki, Türkiyə Hava Yolları mart ayında gündəlik ortalama 1300 uçuşla ən çox uçuş həyata keçirən hava yolları arasında 2-ci, "Pegasus Hava Nəqliyyatı" isə gündəlik orta hesabla 385 uçuşla 11-ci yerdə qərarlaşıb. Gündəlik ortalama 132 uçuşla "Sunexpress Aviation” ən çox uçuş həyata keçirən 40 hava yolu şirkəti arasında yer alıb.
İstanbul Hava Limanı gündə orta hesabla 1263 uçuşla Avropanın ən işlək hava limanı olub. "İstanbul Sabiha Gökçen" hava limanı isə gündə orta hesabla 549 uçuşla Avropanın ən işlək 40 hava limanı arasında yer alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!