İşsizlikdən sığorta haqqının tutulması necə tənzimlənir? | Banco.az

İşsizlikdən sığorta haqqının tutulması necə tənzimlənir?

Əməkhaqqından məcburi tutulmalardan biri də işsizlikdən sığorta haqqıdır. Mövzu ilə bağlı maraq doğuran məqamlara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

İşsizlikdən sığorta tarifləri 30 iyun 2017-cl il tarixil, “İşsizlikdən sığorta haqqında” Qanunla tənzimlənir. İşsizlikdən sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

- işçi tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının 0,5 faizi;

- işəgötürən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi.

Misal 1: Əsas iş yeri kimi dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə mühasib vəzifəsində çalışan və ay ərzində bütün iş günlərində (5 günlük iş rejimi) tam işləyən işçinin hər ay əməkhaqqından tutulan işsizlikdən sığorta haqqı 4,5 manat təşkil edir:

900 x 0,5% = 4,5 manat

Misal 2: Əsas iş yeri kimi dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə mühasib vəzifəsində çalışan və ay ərzində bütün iş günlərində (5 günlük iş refimi) tam işləyən işçinin işəgötürən tərəfindən ödənilən işsizlikdən sığorta haqqı belə hesablanır:

Ən sərfəli kredit üçün müraciət et

900 manat x 0,5% = 4,5 manat.

Bu məbləğ hər ay işəgötürən tərəfindən işçinin xeyrinə ödənilir.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et