İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi təsdiqləndi | Banco.az

İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

İşsizlikdən Sığorta Fondunun gələn il üzrə büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində müəyyən edilib.

Fondun gələnilki büdcəsindən işsizliyə görə sığorta ödənişlərinə 13 000 000,0 manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000,0 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 68 774 200,0 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram