İşsizlik və bərabərsizlik artacaq | Banco.az

İşsizlik və bərabərsizlik artacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaxın gələcəkdə işsizlik və bərabərsizliyin artacağı gözlənilir.

Banco.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) Kovid-19 pandemiyasının yaratdığı böhranlar, iqlim dəyişikliyi və Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal iş bazarının təzyiq altında olduğunu bildirərək işsizlik və bərabərsizliyin artacağı ilə bağlı xəbərdarlıq edib.

BƏT-in açıqladığı “İş dünyası”nın 10-cu monitorinq hesabatında qeyd olunub ki, son aylar qlobal əmək bazarlarının perspektivləri pisləşib.

Çoxsaylı və ardıcıl iqtisadi və siyasi böhranların dünya miqyasında əmək bazarının dirçəlməsinə qarşı maneə təşkil etdiyi vurğulanan hesabatda bunun həm işsizliyi, həm də bərabərsizliyi artıracağına dair xəbərdarlıq edilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda həmçinin qeyd edilib ki, bu ilin ikinci rübündə Kovid-19 pandemiyasından əvvəlki səviyyə (2019-cu ilin 4-cü rübü) ilə müqayisədə tam ştatlı iş sayında 40 milyon azalma müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et