İşsizlərin 39,6 faizi qadınlardır | Banco.az

İşsizlərin 39,6 faizi qadınlardır

Dövlət Statistika Komitəsi məlumat yaydı.

2014-cü ilin dekabrın 1-nə olan ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 835,0 min nəfər olub, onlardan 4 milyon 596,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfər olub, onların 39,6%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 282,6 manat təşkil edib.

oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et