Müəllif:Mehin Qasımova,Banco.az
İrana hücumlar İsrail iqtisadiyyatını gərginləşdirir. Hücumların dəyərinin gündə yüz milyonlarla dollar olduğu bildirilir ki, bu da dövlət büdcəsinə və bazarlara ciddi təzyiq göstərir.
Banco.az xəbər verir ki, “Financial Express” internet saytındakı məlumatlara görə, İsrailin gündəlik müharibə xərcləri təkcə ilk həftədə təxminən 5 milyard dollar xərcləyərək 725 milyon dollara çatıb.
Bu məbləğin 593 milyon dolları hücumlarda, 132 milyon dolları isə müdafiə tədbirləri və hərbi səfərbərlik fəaliyyətlərinə ayrılıb.
ABŞ-da nəşr olunan “Wall Street Journal” qəzeti təkcə İrandan atılan raketləri əngəlləmək məqsədi daşıyan müdafiə sistemlərinin gündəlik xərcinin 10-200 milyon dollar arasında olduğunu yazıb.
İsraildə fəaliyyət göstərən Aaron İctimai Siyasət İnstitutunun hesablamalarına görə, hücumlar bir ay davam edərsə, ümumi xərc 12 milyard dolları keçə bilər.
Fələstindəki Amerika Ərəb Universitetinin maliyyə professoru Nasser Əbdül Kərim, "Hücumlar birbaşa hərbi xərclərlə məhdudlaşmayıb, istehsal fəaliyyətləri pozulub və insanlar tez-tez sığınmağa məcbur olublar" dedi.
Əbdülkerim qiymətləndirib ki, müharibə daha bir ay davam edərsə, İsrailə birbaşa və dolayı zərər 20 milyard dollara çata bilər.
“Bu halda ölkənin büdcə kəsirinin 6 faizə, yəni təqribən 25 milyard dollara yüksəlməsi gözlənilir” deyən Abdulkerim, müharibədən zərər görən vətəndaşlara verilən təzminatın da dövlət maliyyəsi üzərində əlavə yük yaratdığını bildirib.
İsrail Əmlak Vergisi İdarəsinin məlumatlarına görə, ilk həftədə evlərindən çıxarılan israillilərin sayı 10 mini keçib, 36 465 nəfər isə dövlətdən təzminat tələb edib.
Hökumət bu büdcə kəsirini bağlamaq üçün üç variantı nəzərdən keçirir
"Ya səhiyyə və təhsil kimi sosial xərclər azaldılmalıdır. Bu, zərər çəkmiş ərazilərdə ictimai etirazlara səbəb ola bilər. Ya da vergiləri artırmaq lazımdır.
"Başqa bir seçim xarici borclanmaya əl atmaqdır. Bu, dövlət borcunun milli gəlirə nisbətini 75 faizdən yuxarı qaldıra bilər. Bu nisbət İsrail tarixində görünməmiş bir göstəricidir".
İsrail Maliyyə Nazirliyi mövcud maliyyə resurslarının sürətlə tükəndiyini və yeni resursların axtarışına başladığını açıqlayıb.
İyunun 19-da İsrail Parlamentinin (Knesset) Maliyyə Komitəsinə müraciətində nazirlik 857 milyon dollarlıq (təxminən 3 milyard şekel) xərcin Müdafiə Nazirliyinə köçürülməsini istəyib.
Bundan əlavə, səhiyyə, təhsil və sosial xidmətlər kimi nazirliklərin büdcələrindən əlavə 200 milyon dollar (təxminən 700 milyon şekel) ixtisar tələb edilib.
Müharibədən əvvəl başladılan genişmiqyaslı səfərbərlik çərçivəsində 450 min ehtiyat əsgər xidmətə çağırıldı.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, hərbi xərclər davam edərsə, İsrailin artım tempi yavaşlaya bilər, işsizlik arta bilər və yoxsulluq səviyyəsi yüksələ bilər.
İngiltərənin "Financial Times" qəzetinin yazdığına görə, bu hücumlar təzyiqi artıraraq, İsrailin Hayfa şəhərindəki ən böyük neft emalı zavodu olan Bazan- ın fəaliyyətini dayandırmasına və ölkə iqtisadiyyatına gündəlik 3 milyon dollar zərər vurmasına səbəb olub.