İsrailin büdcə kəsiri 2008-ci il böhranından sonrakı ən yüksək həddə çatıb | Banco.az

İsrailin büdcə kəsiri 2008-ci il böhranından sonrakı ən yüksək həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsrailin büdcə kəsiri 35,7 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, İsrail Maliyyə Nazirliyinin Baş Mühasibat İdarəsindən verilən yazılı bəyanatda büdcə kəsiri ilə bağlı məlumat yayılıb.

Bəyanatda aprel ayında başa çatan büdcə ilində kəsirin 132,2 milyard şekel (35,7 milyard dollar) olduğu açıqlanıb.

Bu rəqəmin 2008-ci ildə qlobal iqtisadi böhranından sonra əldə edilən ən yüksək göstərici olduğu vurğulanıb.

Qeyd olunub ki, büdcə kəsiri hökumətin 2024-cü il üçün müəyyən etdiyi “ÜDM-in 6,6 faizi” hədəfini keçərək 7 faizə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bəyanatda deyilir ki, ölkənin gəlir hesabatının gözləniləndən daha yaxşı olmasına baxmayaraq, qarşıdakı aylarda büdcə kəsirindəki artım meylinin davam edəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et