Müəllif - Aida İsaq, Banco.az
İsrail tarixdə ilk dəfə olaraq neft ixrac etməyə başlayıb.
Banco.az xəbər verir ki, Şərqi Aralıq dənizində yataqların işə düşməsi əvvəllər neft və qaz idxalından asılı olan ölkənin ixracatçıya çevrilməsini təmin edib. 700 000 barelə qədər neft daşıma qabiliyyətinə malik “Aframax” sinifli “Seliger” tankeri Kariş yatağında fəaliyyət göstərən “Energean” platformasına yüklənir. Alıcı tərəfində isə dünyanın ən böyük müstəqil neft treyderi “Vitol” şirkəti çıxış edir.
Bizi sosial şəbəkələrdən izləyin!!