Müəllif: Mehin Qasımova /Banco.az
HƏMAS hərbi birləşməsi tərəfindən həyata keçirilən hücumların hədəfi olan İsraildə pul vahidi olan şekel təxminən 2 faizə qədər ucuzlaşıb.
Banco.az xəbər verir ki, İsrail Mərkəzi Bankı valyuta məzənnəsindəki dəyişkənliyə müdaxilə etmək üçün hərəkətə keçərək 30 milyard dollar dəyərində xarici valyuta satmaq üçün addım atıb.
İsrail şekeli dollar qarşısında dəyərinin 1,6 faizindən çoxunu itirərək 2016-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.
“Bank şekel məzənnəsindəki dəyişkənliyi tənzimləmək və bazarların düzgün işləməsi üçün lazımi likvidliyi təmin etmək məqsədilə qarşıdakı dövrdə bazarda fəaliyyət göstərəcək”- deyə, Mərkəzi Bankdan bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!