İspaniyanın dövlət borcunda rekord | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İspaniyanın dövlət borcunda rekord

İspaniya Mərkəzi Bankının açıqladığı 2019-un ilk rübünə dair məlumatlarda, ölkənin dövlət borcunun 1,2 trilyon avronu aşdığı qeyd edilib.

İspaniyanın dövlət borcu Ümumi Daxili Məhsulunun (ÜDM) 98,7%-nə bərabərdir.

Dövlət borcu son 12 ayda 3,3 faiz artıb.

İspaniya hökumətinin Avropa İttifaqına göndərdiyi 2019-2022 Sabitlik Proqramında 2019-cu il üçün dövlət borcunun ÜDM-ə nisbəti 95,8% olaraq nəzərdə tutulurdu.

Digər tərəfdən, ABŞ-Çin ticarət müharibəsinin iqtisadi artım proqnozları üzrə yaratdığı qeyri-müəyyənliyin də təsiri ilə İspaniyada istiqraz faizlərində rekord azalma baş verib. İspaniyanın 10 illik istiqraz faizlərinin gəliri ilk dəfə 0,49%-ə qədər düşüb.

Marja