Müəllif - Aida İsaq, Banco.az
İspaniyada 200-dən çox sərnişin təyyarəsi zeytun tullantılarından ibarət bioyanacaqla doldurulacaq
Banco.az xəbər verir ki, gələn həftə Sevilya hava limanından yola düşəcək təyyarələr zeytun yağı istehsalının tullantı məhsullarından hazırlanmış bioyanacaqla doldurulacaq. Belə bioyanacaqla yanacaq doldurmaq təyyarələrə ümumilikdə 400.000 km məsafə qət etməyə imkan verəcək. Bu isə 400-500 saat uçuş müddətinə və ya dünya üzrə 10 uçuşa yaxud hər bir təyyarə üçün təxminən 2000 uçuşa bərabərdir.
Qeyd edək ki, bu zaman atmosferə 200 tondan çox karbon qazının atılması azalacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!