İspaniyada şəkərin qiyməti bahalaşıb | Banco.az

İspaniyada şəkərin qiyməti bahalaşıb

Müəllif - Aida İsaq, Banco.az

İspaniyada şəkər qiymətləri 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 42,8% artıb. 

Şəkər istehsalında tələb olunan yanacağın və elektrik enerjisinin bahalaşması fonunda qiymətlərdə artım müşahidə olunur. Banco.az xəbər verir ki, ölkənin ən böyük şəkər zavodlarından birinin rəhbəri Luis Salvo bu qənaətə gəlib.

Məlumata görə, dünyanın ən böyük çuğundur şəkəri istehsalçısı olan Avropa İttifaqında da (Aİ) şəkərin qiyməti bahalaşıb. 2019-cu ildə Avropa Komissiyasının məlumatına görə, məhsulun bir tonunun qiyməti 320 avro təşkil edib. 2022-ci ilin sentyabrında isə qiymət 512 avroya yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram