İspaniyada inflyasiyanın artım sürəti zəifləyib | Banco.az

İspaniyada inflyasiyanın artım sürəti zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İspaniyada inflyasiyanın artım sürəti gözləniləndən daha çox zəifləyib.

Banco.az xəbər verir ki, Milli Statistika İdarəsinin məlumatına görə, noyabrda illik inflyasiya 7,3 faizdən 6,6 faizə düşüb. Ekspertlər isə bu göstəricinin 7,1 olacağını gözləyirdilər.

İnflyasiyanın zəifləməsinə elektrik enerjisi və yanacaq xərclərinin azalması səbəb olub. 

Ölkədə nüvə inflyasiyası isə 6,3 faizə qalxıb.

Qeyd edək ki, bu həftə açıqlanacaq Avrozona inflyasiyasının da zəifləməsi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram