Müəllif - Aida İsaq, Banco.az
İspaniyanın daxili bazarında istehlak qiymətlərinin artımı illik ifadədə 1,6% təşkil edərək may ayı ilə müqayisədə 1,3% azalıb.
Banco.az xəbər verir ki, yayın ilk ayının nəticələrinə görə, ölkədə inflyasiyanın səviyyəsi azalaraq son iki ilin ən aşağı səviyyəsinə çatıb. May ayında İspaniyada istehlak qiymətlərinin artımı illik ifadədə 2,9% təşkil edib. Eyni zamanda, iyun ayında elektrik enerjisi və ərzaq xərclərinin aşağı düşməsi fonunda ölkədə inflyasiya iki ildən artıq müddətdə ən aşağı səviyyəyə çatıb. Eyni zamanda, İspaniyada baza inflyasiyası 5,9%-ə qədər azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!