Müəllif - Aida İsaq, Banco.az
İspaniyada inflyasiya səviyyəsi iki dəfə azalıb.
Banco.az xəbər verir ki, cari ilin mart ayının nəticələrinə görə, fevralda qeydə alınan 6%-lik səviyyə 3,1%-ə qədər geriləyib. Ölkədə inflyasiyanın daha sürətli azalmasının əsas səbəbi təbii qaz da daxil olmaqla enerjinin maya dəyərinin aşağı düşməsi olub. Müvafiq səviyyə “Bloomberg”in iqtisadçılarla apardığı sorğusundakı 3,7%-lik həddən çox aşağıdır. Bununla yanaşı, yanacaq və təzə məhsullar kimi dəyişkən əmtəələri özündə ehtiva etməyən baza inflyasiyası yalnız cüzi dərəcədə azalaraq 7,5%-ə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!