İspaniyada inflyasiya dərəcəsi aşağı düşüb | Banco.az

İspaniyada inflyasiya dərəcəsi aşağı düşüb

Tamara Mustafayeva, Banco.az

İspaniyada sentyabr ayı üzrə inflyasiya 9 faiz qeydə alınıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İspaniya Milli Statistika İnstitutundan (INE) verilən açıqlamaya görə, Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranı səbəbiylə ötən 3 aydır ardıcıl olaraq iki rəqəmli göstəricilərə çatan inflyasiya sentaybr ayında yenidən təkrəqəmli nəticələrə düşüb. 

Sentyabrda 9 faiz olan inflyasiya iyunda 10,2 faiz, iyulda 10,8 faiz, avqustda isə 10,5 faiz hesablanmışdı.

Avqustda 6,4 faiz olan nüvə inflyasiyası isə sentyabrda 6,2 faizə enib.

Qeyd edək ki, mütəxəssislər enerji bazarlarındakı gərginliyə baxmayaraq, növbəti aylarda yeni hadisələrin yaşanmaması şəraitində inflyasiyanın enmə tendensiyasının davam edəcəyini proqnozlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et