İspaniyada inflyasiya bu ay 6 faizə yaxınlaşıb | Banco.az

İspaniyada inflyasiya bu ay 6 faizə yaxınlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İspaniyada yanvar ayı üzrə inflyasiya göstəricisi 5,8 faiz olaraq hesablanıb.

Banco.az xəbər verir ki, İspaniya Milli Statistika İnstitutu (INE) yanvar inflyasiyasını elan edib.

Ölkədə 2022-ci ilin iyul ayında 10,8 faiz ilə pik həddinə çatdıqdan sonra beş ay ərzində geriləyən inflyasiya ilin son ayında yenidən artım göstərib.

Məlum olub ki, ötən il hökm sürən enerji böhranına görə hökumətin yanacaq qiymətlərinə tətbiq etdiyi 20 sent endirim normasının bu ilin əvvəlindən etibarən başa çatması inflyasiyanın artmasına səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

İnflyasiya proqnozları isə 4,9 faizi göstərirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et