İspaniyada ərzaq məhsullarının qiymət artımı rekord səviyyəyə çatıb | Banco.az

İspaniyada ərzaq məhsullarının qiymət artımı rekord səviyyəyə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İspaniyada inflyasiya göstəriciləri açıqlanıb.

Banco.az xəbər verir ki, İspaniyada yanvarın 1-dən tətbiq olunmağa başlayan əsas ərzaq məhsulları üzrə ƏDV endiriminə baxmayaraq, fevral ayında ərzaq məhsullarının qiymət artımı rekord səviyyəyə - 16,6 faizə çatıb.

İspaniya Milli Statistika İnstitutu (INE) fevral ayı inflyasiya göstəricilərini açıqlayıb.

INE fevral ayında illik inflyasiyanın 6 faiz olduğunu açıqlayarkən, ərzaq qiymətlərindəki 16,6 faiz artım diqqət çəkib.

Ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) fevral ayında əvvəlki ayla müqayisədə 0,9 faiz artıb. Yanvar ayında CPI aylıq 0,2 faiz azalarkən, illik 5,9 faiz artmışdı.

Bildirilib ki, İspaniyada indiyə qədər ərzaq qiymətlərində ən yüksək artım fevral ayında olub.

Ən sərfəli kredit üçün müraciət et

2022-ci ilin fevral ayı ilə müqayisədə bir ildə ən yüksək qiymət artımı olan məhsullar arasında 52,6 faizlə şəkər, 30 faizdən çox artımla isə kərə yağı, zeytun yağı və süd önə çıxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et