İspaniya Ukraynaya rekord məbləğdə hərbi yardım verəcəyini elan etdi | Banco.az

İspaniya Ukraynaya rekord məbləğdə hərbi yardım verəcəyini elan etdi

Müəllif:Ayşən İmanova/Banco.az

İspaniya Ukraynaya rekord məbləğdə 1,1 milyard avro dəyərində hərbi yardım paketi təqdim edəcək.

Banco.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski mayın 27-də İspaniyaya səfər edəcək və burada kral VI Filip və baş nazir Pedro Sançeslə görüşəcək. Onlar müxtəlif hərbi texnikanın, o cümlədən “Patriot” raketlərinin partiyası və “19 Leopard 2A4” tankının tədarükünü əhatə edən iki illik ikitərəfli təhlükəsizlik sazişi imzalayacaqlar.

Qeyd olunur ki, bəzi silahlar iyunun 30-dan əvvəl Ukraynaya göndərilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et