Müəllif - Aida İsaq, Banco.az
İspaniya 2022-ci ildə Rusiyadan neft idxalını 73% azaldıb.
Banco.az xəbər verir ki, 2022-ci ildə İspaniyanın neft idxalının ümumi həcmi 63,59 milyon ton təşkil edib. Əsas tədarükçülər Afrika, Şimali Amerika və Yaxın Şərq ölkələri olub.
Qeyd edək ki, daha öncəki məlumatlara görə, Rusiya 2022-ci ilin sentyabrında İspaniyaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarük həcmini kəskin şəkildə artırıb. Payızın ilk ayında Moskva ölkəyə 5,35 min GVt/saat LNG və ya təxminən 507,8 milyon kubmetr yanacaq göndərib.
Bizi sosial şəbəkələrdən izləyin!!