Müəllif: Tamara Mustafayeva, Banco.az
İspaniyanı 6 ayda 37,5 milyon turist ziyarət edib.
Banco.az xəbər verir ki, İspaniya hökumətinin yaydığı rəsmi açıqlamaya görə, cari ilin ilk 6 ayı ərzində ölkəyə 37,5 milyon xarici turist səfər edib.
Sözügedən rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıma işarə etdiyi vurğulanan bəyanatda digər tərəfdən isə bunun, 38 milyon xarici turistin gəldiyi Kovid-19 pandemiyasından əvvəlki il olan 2019-cu ildən az olduğu yazılıb.
Pireney yarımadasının ecazkar ölkələrindən olan İspaniyaya ən çox turist axını isə müvafiq olaraq İngiltərə, Fransa və Almaniyadan reallaşıb.
Qeyd edək ki, turizmin ölkə ÜDM-in 12 faizini təşkil etdiyi İspaniyanın ən çox ziyarət edilən bölgəsi Barselona və Kosta Bravanın da daxil olduğu Kataloniya regionun şimal-şərq hissəsi olub.
Bizi sosial şəbəkələrdən izləyin!!