İşlərinizi asanlaşdıracaq ən yaxşı süni intellekt proqramları | Banco.az

İşlərinizi asanlaşdıracaq ən yaxşı süni intellekt proqramları

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son illərdə texnologiyanın əhəmiyyətli irəliləyiş əldə etməsi səbəbilə süni intellekt vasitələrinin sayı da xeyli artıb. Üstəlik, bu alətlər artıq həyatımızın bir çox sahələrində özünə yer tapıb. Bu məqlədə sizin üçün ən yaxşı süni intellekt tətbiqlərini bir araya gətirmişik.

1. "ChatGPT"

Dünyanın ən böyük süni intellektə yönəlmiş şirkətlərindən biri olan "OpenAI" tərəfindən hazırlanmış "ChatGPT" demək olar ki, düşündüyünüz hər suala cavab verə bilən bir vasitədir. Məsələn, ondan istənilən mövzu ilə bağlı fikir istəyə bilərsiniz və ya tələbəsinizsə, ondan ev tapşırığının həllini istəyə bilərsiniz.

2. "Google Bard"

"ChatGPT"yə bənzər süni intellekt aləti "Bard" texnologiya nəhəngi "Google" tərəfindən hazırlanıb istifadəyə verilib. "Bard" "Google"un axtarış sisteminə və digər məlumat mənbələrinə daxil olmaqla istifadəçilərə aktual və məlumatlandırıcı cavablar təqdim edə bilər.

"Google" "Bard" "YouTube" və "Workspace" kimi platformalarla da inteqrasiya oluna bilir. Bu alət öz xüsusiyyətləri ilə həyatı asanlaşdıran süni intellekt vasitəsidir. 

3. "Adobe Enhance"

"Adobe Enhance" xüsusi olaraq səsi artırmaq üçün hazırlanmış süni intellekt alətidir. O, fon səs-küyünü azaltmaqla söhbətləri daha fərqli edir. Tətbiq video çəkilişlərin, podkastların, musiqi yazılarının və telefon zənglərinin səs keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv həll təklif edir. 

Ən sərfəli kredit üçün müraciət et

4. hotpot.ai

hotpot.ai arxa fonu təmizləmək, obyektləri silmək, köhnə fotoşəkilləri rəngləmək və mətni şəkillərə çevirmək kimi müxtəlif xüsusiyyətlərə malikdir. Bu platforma istifadəçilər üçün şəkilləri redaktə etmək və təkmilləşdirilmək kimi bir çox süni intellekt alətlərini bir araya gətirir.

5. "Writesonic"

"Writesonic" də süni intellektlə bağlı bir çox alətləri özündə birləşdirən veb-saytdır. Bu platforma sayəsində siz məqalə hazırlaya, mətni şəkillərə çevirə, axtarış sisteminin optimallaşdırılması analizini həyata keçirə və ya "ChatGPT" kimi chatbotdan istifadə edə bilərsiniz.

Bundan əlavə, platformadakı süni intellekt alətlərindən məqalə ideyaları əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et