İslam Oyunları ərəfəsində bu banklar gücləndirilmiş iş rejimində çalışacaq | Banco.az

İslam Oyunları ərəfəsində bu banklar gücləndirilmiş iş rejimində çalışacaq

Bakıda keçirilən “IV İslam Həmrəyliyi Oyunları” ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə may ayının 12-dən etibarən 24 bankın 40-dan çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Banco.az Palataya istinadən xəbər verir ki, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

"IV İslam Həmrəyliyi Oyunları" dövründə valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı ilə linkə daxil olmaqla tanış ola bilərsiniz.