İslam İnkişaf Bankı Azərbaycana 1 milyard dollar ayırıb | Banco.az

İslam İnkişaf Bankı Azərbaycana 1 milyard dollar ayırıb

“İslam İnkişaf Bankı Azərbaycanda 18 layihənin həyata keçirilməsinə təqribən 1 milyard dollar ayırıb”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.

Nazir qeyd edib ki, 18 layihədən 14-ü artıq reallaşdırılıb, 4 layihə isə həyata keçirilmə prosesindədir.

Ən sərfəli kredit üçün müraciət et

Ş.Mustafayev əlavə edib ki, Azərbaycanla İslam İnkişaf Bankının münasibətləri yüksək səviyyədədir:

“Ümumilikdə, müsəlman ölkələri ilə əməkdaşlığa gəldikdə, bu ölkələrin hamısı Azərbaycanın Dağlıq Qarabağ üzrə ədalətli mövqeyini müxtəlif səviyyələrdə dəstəkləyir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir”.

Mənbə: Trend.az