İslam bankçılığının inkişafına təkan verəcək yeni qanun qəbul ediləcək | Banco.az

İslam bankçılığının inkişafına təkan verəcək yeni qanun qəbul ediləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Ticarətin maliyyəşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə olunub.

Qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, bu qanun Azərbaycanın İslam dünyası və İslam Konfransı ölkələri ilə ticarətinin maliyyəşdirilməsinə və stimullaşdırılmasına dəstək verəcək.

Komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu sənədin imzalanması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək: "Bu qanun layihəsi Azərbaycanın İslam Konfransı Təşkilatının 36 üzv ölkəsi ilə idxal və ixrac məsələlərini stimullaşdıracaq. Bu qanunun Azərbaycanda tətbiqi ölkəmizdə İslam bankçılığını da inkişaf etdirəcək və Azərbaycanda İslam bankçılığını genişləndirmək üçün yerli banklara kredit cəlb etməyə imkan yaradacacaq.

Millət vəkilləri qanun layihəsinin Milli Məclisin Plenar iclasının müzakirəsinə çıxarılmasına razılıq veriblər.

Ən sərfəli kredit üçün müraciət et

Trend