İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı” sərhəddə ticarət fəaliyyətinə həsr olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xarici ticarətin liberallaşdırılması və xarici ticarət iştirakçılarının fəaliyyətinin stimullaşdırılması siyasəti həyata keçirilir. Xarici ticarət fəaliyyəti iqtisadi baxımdan Azərbaycanın makroiqtisadi stabilliyinin təmin olunmasında, valyuta siyasətinin tənzimlənməsində, sahibkarların gəlirlərinin artmasına, sosial baxımdan məşğulluğun artımına təsir göstərir. Liberallıq nöqteyi nəzərdən "Yaşıl Dəhliz" xarici ticarət iştirakçılarının, xüsusilə ixracatçı subyektlərin fəaliyyətini asanlaşdırır. Belə ki, yoxlama mexanizminin minimuma endirilməsi, könüllü riayət mədəniyyətinin aşılanması, sərhəd keçid məntəqələrində "bir pəncərə" mexanizminin tətbiqi bütöv nəzarətin vahid şəxs tərəfindən aparılması və sahibkarın vaxtına qənaət edilməsi "Yaşıl Dəhlizin" xüsusi özəlliklərindən biridir. Bundan əlavə, "Yaşıl Dəhliz" sistemi Azərbaycan sahibkarına güvənin göstəricisidir. Sahibkarlıq subyekti mövcud qanuni tələbləri yerinə yetirərək "Yaşıl Dəhliz" sisteminin iştirakçısı olur.
Sözügedən islahat "Doing Business" hesabatının "sərhəddə ticarət" indikatoruna təsir edərək, xarici ticarət iştirakçısının daha az zaman və resursdan istifadə etməsi ilə nəticələnəcəkdir.
“İslahat icmalı” ilə aşağıda təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz:
http://iqtisadiislahat.org/store//media/2019/Fevral/greencoridorislahat.pdf