“İslahat icmalı” koronavirus pandemiyasının təsirlərini azaltmaq üçün hazırlanan Tədbirlər Planına həsr olunub | Banco.az

“İslahat icmalı” koronavirus pandemiyasının təsirlərini azaltmaq üçün hazırlanan Tədbirlər Planına həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat icmalı” Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırlanan Tədbirlər Planına həsr olunub.

İcmalda tədbirlər planının 3 əsas istiqaməti -  İqtisadi artıma və sahibkarlığa dəstək, Məşğulluq və sosial rifaha dəstək, Makroiqtisadi və maliyyə sabitliyinə dəstək proqramları detallı şəkildə infoqrafik təsvirlərlə təqdim olunub.

Qeyd edək ki, yaxın dövrdə pandemiyanin ölkə iqtisadiyyatina mənfi təsirlərinin azaldılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçiriləcək. “İslahat icmalı” nda  iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri olan maliyyə dəstək proqramları punktlar və rəqəmlərlə göstərilib:

  • Muzdlu işçilərin əmək haqlarının ödənilməsi üzrə maliyyə dəstəyi  proqramı. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi  proqramı
  • Sahibkarliq subyektlərinə vergi güzəştləri, imtiyazlari və tətilləri proqramı
  • Yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı
  • Mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı
  • Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket
  • Sosial baximdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqi xərclərinin ödənilməsinə dəstək proqramı
  • İpoteka və kredit - zəmanət mexanizminə maliyyə dəstəyi proqramı
  • Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək  proqramı
  • Həyati vacib sərnişindaşima fəaliyyəti sahələrinə dəstək proqramı

İcmalda infoqrafikalar vasitəsi ilə hər bir proqram üzrə dövlətdən ayırlan maliyyə yardımının həcmi, aid olunduğu sahələr, eləcə də qaydalar izah olunub. “İslahat icmalı” ilə iqtisadiislahat.org saytında İcmallar bölümündən tanış olmaq mümkündür:

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et