Hər fədaklığın mütləq bir mükafatı vardır. Amerikalı gənc bu sözü öz davranışı ilə təstiq edib. Beləki, 20 yaşlı gənc Volter Karr 32 km məsafəni piyada gedərək öz iş yerinə çatıb. Buna səbəb Volterin maşınının xarab olması və eyni zamanda pulunun qurtarması səbəb olub. Buna baxmayaraq iş yerinə çatan gənc adam öz işinə davam edib.
Onun bu fədakarlığı təsadüfən internetdə yer alıb və bundan xəbər tutan insanlar toplaşaraq ona ianə toplayıblar. Nəticədə onlar Volter üçün 90.000$ toplamağa nail olublar. Bu haqda məlumat Amerikanın tanınmış media vasitələri olan The Washington Post, The Independent və digərlərində öz əksini tapıb.
Volter Alabama ştatından kənarda kiçik qəsəbədə yaşayır. O, Bellhops şirkətində yeni işə başladığı vaxtda bütün pulunu kirayəyə verdiyi üçün əlavə pulu qalmır. Eyni zamanda maşını da xarab olan Volterin taksi çağırmağa pulu olmur və o, digər şəhərə getmək üçün gecədən yola çıxır. O, Google Map-də öz hərəkət trayektoriyasını hesablayır və bu məsafənin 8 saatlıq yol olduğunu görür. Əvvəllər idmanla məşğul olan Volter səhərə qədər 4 saat yol qət edir və səhər patrul xidmət işçilərindən biri onu yoldan götürərək gedəcəyi yerə qədər aparır. Bundan sonra şirkətin verdiyi ünvana çatan Volterə evin xanımı və işlədiyi şirkətin nümayəndələri köməklik edir. Onun bu fədakarlığı haqda şirkət rəhbərinə məlumat verən ev sahibəsi Volter üçün GoFundMe layihəsində onun üçün yardım səhifəsi açır və nəzərdə tutulandan da çox məbləğ yığılır. Ümumilikdə 4 günə 2000 adamın yardımıyla 90.000$ pul yığılır. Bundan əlavə şirkət rəhbəri Volterin bu hərəkətini dəyərləndirərək ona öz 2004 model Ford Escape maşınını hədiyyə edir.
Bu haqda açıqlama verən şirkət rəhbəri Volterlə birlikdə işlədiyi üçün xoşbəxt olduğunu və onun bu davranışının şirkət etibarını artırdığını bildirib.
Nəcibə Yusifova, Banco.az