İşimi dəyişdirməliyəm? | Banco.az

İşimi dəyişdirməliyəm?

İşçilər kariyeraları ilə bağlı mühüm qərarları verərkən çətinlik çəkirlər. Yeni bir iş tapmaq, yeni işə adaptasiya olmaq ciddi mənada çətin bir prosesdir. Bu da insanların lazım gəldikdə həyatlarında bu dəyişiklikləri etmələrinə maneə törədir. Lakin, sizin üçün işgəncəyə dönən bir işdə uzun müddət işləmək sadəcə sizə deyil, iş yoldaşlarınıza və şirkətinizə də ciddi zərər vurur. 

Əgər işinizlə əlaqədar aşağıdakı maddələrdə yazdıqlarımızın ən az 3 dənəsini özünüzdə hiss edirsinizsə, deməli işinizdə dəyişiklik etməyin zamanı gəlib.
 
1. Tez-tez əsəbləşmək..

Əvvəlkindən daha gərgin, daha əsəbisiniz. İş yoldaşlarınızın və idarəçilərinizin söylədikləri sizi tez əsəbiləşdirir və onların dediklərinə dözə bilmirsiniz. Sizə işinizi öyrətməkləri sizi özünüzdən çıxarır. Onlar kimdi ki, sizə işinizi öyrədəcəklər? Onsuz da fikir vermisinizsə, əvvəlki kimi yanınıza gəlib hal-əhval tutmurlar, deməli sizi istəmirlər.

2. Artıq idarə sizdə deyil...

Artıq yoruldunuz. Hansı işi görmək lazımdı, hansı yarımçıqdı. Bunu bilmirsiniz. Vaxtında görməli olduğunuz işlərin son təhvil tarixi gəldikdə, günahı qəbul etmək əvəzinə, 'unuttum - yadımdan çıxdı' deməmək üçün yalanlar uydurmağa başladınız. Heç bir işə əliniz yatmır. Bu da işiniz üzərində olan idarənizi azaldır. 

Ən sərfəli kredit üçün müraciət et

3. Həvəs qalmayıb...

İşinizlə əlaqədar yeni bir şeylər etmək sizi həyəcanlandırmır. Artıq yeni fikirlər düşünmürsünüz. Daha çox Facebook, Twitter, Youtube arasında vaxt itirirsiniz. Heç bir vəzifə və heç bir müvəffəqiyyət sizi həyacanlandırmır.

4. Səhərlər durmaq belə istəmirsiniz...

Yataqdan qalxır, sonra təzdən yatırsınız. Saatı yenidən qurur, vaxt gəlib, saat çalanda yenə ertələyirsiniz. Səhər yataqdan qalxmaq və ofisə getmək üçün heç bir motivasiyanız yoxdur. Hətta ayaqlarınız geri geri gedir. 

5. Bazar ertəsi sindromu yaşayırsınız..

Əvvəllər sadəcə bazar günü çətin keçirdi. İndi şənbələriniz də pis keçməyə başlayıb. Həftə sonu işi düşünməkdən, yeni həftəni düşünməkdən o qədər səmərəsiz keçir ki. ailənizə belə zaman ayırmırsınız.

6. Gözünüz hər yerdə yeni vakansiya axtarır.

Əvvəllər heç girmədiyiniz elan saytlarına girirsiniz. Yeni Cv hazırlamısınız. İş təkliflərinə açıqsınız.

Bu saydıqlarımızdan ən az 3 dənəsi sizdə varsa, məncə artıq yavaş-yavaş yeni iş axtarın. Əks təqdirdə rəhbəriniz özü bir gün sizi şirkətdən uzaqlaşdıracaq.

Günel Abduraxmanova / Banco.az