İşgüzar mail yazarkən hansı səhvlərə yol veririk? | Banco.az

İşgüzar mail yazarkən hansı səhvlərə yol veririk?

Müəllif: Tamara Mustafayeva, Banco.az

İşdə ilk gününüzdür və ya başqa bir şirkətlə işgüzar əlaqələr qurmalısınız. Bunun ən praktik və ağıllı üsulu hansıdır?

Araşdırmalara görə, hər gün 200 milyarda yaxın e–poçt mesajı (emeyl) bir ünvandan digərinə göndərilir. İş saatlarının isə 28%-i emeyl vasitəsiylə mesajlaşmağa həsr olunur.

Hər kəsin etdiyini siz də etmək istəyirsiniz? Əslində insanların çoxu emeyl vasitəsiylə mesajlaşmağı düzgün həyata keçirmir. Marketinq mütəxəssisi Geoffrey Jamesə görə, ən düzgün formada və vaxta qənaət edəcək şəkildə mesajlaşmağın aşağıdakı üsulları var.

Banco.az həmin üsulları sizə təqdim edir:

E – mail dən düzgün istifadə edin

Şirkət daxili mesajlaşmalarda sanki gündəlik yazırmışcasına mesaj yazan bir çox iş yoldaşınız ola bilər, lütfən onları nümunə götürməyin. Lazım bildiyiniz informasiyaları qeyd edin. Unutmayın ki, vaxt qızıldır.

Bir mesajı eyni zamanda bir neçə insana göndərməyin

CC-ə birdən çox insanı əlavə etmək, hər kəsə eyni mesajı eyni anda göndərmək məsləhət görülmür. Şirkətin ortaq e–poçt ünvanına mesaj göndərməyə çalışın.

Sadə sözlərdən istifadə edin

Ən sərfəli kredit üçün müraciət et

Mail yazarkən öz işinizlə əlaqəli texniki terminlərdən istifadə etməməyə çalışın, çünki bu ifadələr hər kəs tərəfindən anlaşılmaya bilər.

Sənədləri əlavədə göndərin

Əgər işinizlə bağlı bildirmək istədiyiniz məlumatlar varsa, bunları başqa bir sənəd şəklində əlavədə göndərin. Bununla da qarşınızdakı insan bu sənədi vaxtı olduqda daha ətraflı incələyəcəkdir.

Abzasları qısa saxlayın

Çatdırmaq istədiyiniz məlumatları qısa abzaslar şəklində yazmağınız daha düzgün hesab edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et