İşəgötürənlər və işçilər süni intellektlə bağlı olduqca fərqli düşünürlər | Banco.az

İşəgötürənlər və işçilər süni intellektlə bağlı olduqca fərqli düşünürlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

İşəgötürənlər və işçilər süni intellektlə nə qədər vaxta qənaət edə biləcəkləri barədə olduqca fərqli düşünürlər

Banco.az xəbər verir ki, generativ süni intellekt işəgötürənlər və işçilər arasında gözləntilərdə yeni boşluq yaradır.

Böyük Britaniyada işçilər və rəhbərlər arasında aparılan sorğu göstərir ki, müdirlər süni intellektin işçilərinin vaxtına onlardan 50 faiz daha çox qənaət edə biləcəyini düşünür.

"Workday" tərəfindən aparılan və Böyük Britaniyada 700 işçi və 500 biznes liderinin iştirak etdiyi sözügedən sorğuda məlum olub ki, müdirlər süni intellektin onlara hər iş günündə 4,4 saat qazandıracağını düşünürlər. Digər tərəfdən, işçilər süni intellektin onlara gündə maksimum 2,9 saat qazandıracağına inanırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, süni intellektin onların karyera inkişafını və imkanlarını yaxşılaşdıra biləcəyini düşünən liderlərin nisbəti işçilərdən 22 faiz yüksəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et