Reuters-in xəbərinə görə, ABŞ-ın və Avropanın ən böyük bankları keçən il minlərlə əməkdaşını işdən çıxardıb.
Xəbərdə bütövlükdə 59 min bank işçisinin işsiz qaldığı qeyd olunub. Qərb banklarına qarşı artan tələblər və sərtləşdirilən qanunların təsiri ilə gəlir itkisi yaşandığından, yeni işə qəbulların da azalacağı bildirilir.Avropanın ən böyük bankları 2014-cü ildə 21 min 500 nəfəri işdən çıxardıb. 2013-cü ildə bu rəqəm 56 min 100 nəfər idi. ABŞ-ın ən böyük altı bankı isə ötən il 37 min 500 insanın işinə son verib. Halbuki, 2013-də 45 min 700 nəfər işdən çıxardılmışdı.
AVROPADA YENİ DALĞA GÖZLƏNİLİR
Avropalı banklarındakı analitiklər, xüsusilə Avro Bölgəsindəki bankların səmərəliliklərini artırmaq üçün yenidən işdənçıxarma dalğası yaradacaqlarına işarə edirlər. Londonda yerləşən Boston Consulting Group məsləhət şirkətinin İcraçı Direktoru Aymen Saleh, "İşə qəbul olmaq çətinləşəcək" - deyib.
xezerxeber.az