İşdəki performansınıza mənfi təsir göstərə bilən 6 davranış | Banco.az

İşdəki performansınıza mənfi təsir göstərə bilən 6 davranış

Müəllif: Gülnar Əhmədli, Banco.az

Demək olar ki, hər kəsin işdə diqqəti yayınır. Və bunun nəticəsində iş performansımız xeyli dərəcədə aşağı düşür. Aşağıda sadalayacağımız bu neqativ hallar sizi işdə çox çətin vəziyyətlərə salma potensialına malik olsa da, növbəti dəfə bu cür mənfi təsirlər zamanı ondan necə qurtulmanıza kömək edə bilər. 

1. Hər fürsətdə şəxsi telefondan istifadə etmək

Vaxtın idarə edilməsi üzrə kouç Anna Kornik deyir ki, müştərilərimin əksəriyyətinin masa arxasında oturarkən etdikləri ən böyük səhv telefonlarını hər zaman yanlarında saxlamaqdır. O, zərurət olmadığı halda telefonu yanında saxlamağın ən böyük dezavantaj olduğunu bildirir:

“Bir işi görərkən 1-2 saniyə və ya 1-2 dəqiqə gözləməli olsalar, dərhal telefonlarını alırlar və bu, onların əlavə 10-15 dəqiqə itirməsinə səbəb olur”. Kornik bu açıqlaması ilə işçilərin hər fürsətdə telefonlarını istifadə etmələrinin diqqət və vaxt idarəçiliyi baxımından insana mənfi təsir etdiyini bildirib. Gözləməli olduğunuz zaman ən yaxşı seçim diqqətinizi yayındıracaq başqa bir hərəkətə əl atmamaq və o bir neçə dəqiqəni səbrlə idarə etməkdir. 

2. Çox sayda veb-sayt səhifəsini açıq saxlamaq

Məsələn, işləyən zaman veb-brauzerinizdə çoxlu aidiyyatı olan və olmayan səhifələr açıqdır. Bəzi tablarda diqqətinizi işinizə cəmləyəcək məlumatlar olduğu halda, digərlərində diqqətinizi cəlb edəcək tamamilə fərqli məzmunlar var. Bu da sizi istər-istəməz araşdıracağınız, beləliklə də diqqətinizi və vaxtınızı itirəcəyiniz bir vəziyyətə sürükləməkdən başqa bir iş görmür. İşinizlə bağlı tablardan başqa aidiyyatı olmayan səhifələri dərhal bağlayaraq belə bir neqativ vəziyyətdən asanlıqla qurtula bilərsiniz.

3. İş söhbəti platformalarının tez-tez yoxlanılması

Tutaq ki, o qədər də diqqətinizi yayındırmırsınız və işə aidiyyatı olmayan digər lazımsız işlərlə məşğul olmursunuz. Hətta bu vəziyyətdə də diqqətinizi yayındırmaqdan və vaxt itkisindən azad deyilsiniz, çünki işinizlə əlaqədar iştirak etdiyiniz işgüzar ünsiyyət proqramlarını daim yoxlamaq belə, ciddi vaxt itkisi və performansın pisləşməsi ilə nəticələnir. 

4. Qəhrəman olmağa çalışmaq

Ən sərfəli kredit üçün müraciət et

İşdəsiniz, sakit işləyirsiniz. Birdən dərhal həll edilməli olan problem yaranır və siz onu həll etmək üçün hərəkətə keçirsiniz. Bəzən məsuliyyətiniz olmayan problemin həlli vaxt itkisi olmaqla yanaşı, bir mütəxəssis tərəfindən müdaxilə olunmadığı üçün adekvat olmayacaqdır. Belə hallarda vaxt itirməmək və performans problemləri yaşamamaq üçün problemin nə olduğunu, sizi nə dərəcədə maraqlandırdığını və vəziyyətə müdaxilə etdiyiniz zaman nə qədər faydalı olacağınız barədə özünüzə suallar verməlisiniz. Əgər problemin həlli sizin gücünüzdən kənardırsa və ya öhdəliklərinizi yerinə yetirməyə mane olursa, uzaq durmaq daha yaxşıdır.

5. “Mən həmişə haqlıyam” düşüncəsi

Bu cür yanaşma ilə işləyən insanların qarşılaşdıqları ən böyük mənfi cəhətlər empatiyanın olmaması səbəbindən irəliləyişə nail ola bilməmək və uğursuz sosial əlaqələrdir. Heç vaxt tam haqlı ola bilməyəcəyinizi qəbul etmək mümkün səhvlərinizdən irəli gələn məsləhətləri dinləməyə imkan verir. Eyni zamanda sosial münasibətlərinizi məqbul səviyyədə saxlamağa kömək edir. Səhv etmək insana xas bir anlayışıdır. Buna görə də özünüz də daxil olmaqla hər kəsin səhvsiz ola biləcəyini düşünmək böyük səhvdir. Belə bir vəziyyətdə siz öz səhvləriniz və səhvlərinizin nəticələri ilə üzləşməli və onları düzəltmək üçün tövsiyələri nəzərə almalısınız. 

6. Lazımsız görüşlər və iclaslar

salary.com tərəfindən sorğuda iştirak edən işçilərin 47%-i çoxlu görüşlərin işdə diqqət yayındıran məqamlardan olduğunu bildirib. Faydalı olsa da nəticə verməyən və ya davamlı olaraq təkrarlanan iclaslar görüləcək işin vaxtını almaq və hətta diqqəti yayındırmaq baxımından işçiyə çox mənfi təsir göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram